Porsche və Audidən elektrikli avtomobil şərikliyi!

Porsche və Audidən elektrikli avtomobil şərikliyi!

Avtomobil istehsalçıları, çağımızın sürətlə inkişaf edən texnologiyalarından biri halına gələn elektrik və avtonom vasitələr mövzusunda bazar rəqabətlərini bir kənara buraxaraq, güclərini birləşdirməyi və bu sayədə xərcləri aşağı salmağı seçirlər.

Alman mətbuatında çıxan xəbərlərə görə, Volkswagen qrupunun damı altında, Porsche və Audi lüks avtomobil istehsalçıları xərcləri əhəmiyyətli dərəcədə azaltmaq üçün ortaq bir platforma inkişaf etdirməyi planlaşdırır.

Elektrikli avtomobil platforması ilə xərcləri aşağı salacaqlarr!
Porsche CEOi Oliver Blume, eletrikli vasitələrə istiqamətli bu platforma üçün Audinin 550, Porschenin isə 300 adamı işə sövq edəcəyini açıqladı. Hər iki marka işləri tək başına icra üstünlük etsəydi, xərclər yüzdə 30 artacaqdı.

Elektrik vasitələrinə keçid dövründə istehsalçıların gücünü birləşdirməsi sektor üçün sevindirici bir haldır. Bundan əlavə, Porsche'nin ilk elektrikli avtomobili, Missiya-E, gələn il satışa təqdim ediləcək.



Gövdəsi alüminium, polad və karbon lif qarışığından edilən avtomobilin ən diqqət çəkici xüsusiyyəti isə, batareyasını 80% doldurmaq üçün yalnız 15 dəqiqə vaxta ehtiyac vardır.


shrn.