30 il boyunca uşağı kimi baxdığı ağacı kəsilən adamın intiqamı

30 il boyunca uşağı kimi baxdığı ağacı kəsilən adamın intiqamı

Sahibi tərəfindən Clyde adı verilmiş bir ağac, ABŞ-ın Kaliforniya əyalətində Renando Beach bölgəsindəki yerindən kəsiləli 4il keçib. Clyde, bir fidan olduğu andan bəri sevilərək yetişdirilən bir ağac idi. Reddit platformasında bu ağac haqqında inanılmaz bir hekayə təqdim olunub. Ağacın sahibi dövrün bələdiyyə başçısına hirsli məktub yazmışdı.

Teach.az xəbər verir ki, bu yazı, Reddit-də birlik qaydalarından birini pozduğu üçün qaldırılıb. Lakin qısa müddətdə internetin marağını çəkib. Qəti bir qaynaq tapıla bilmədiyi üçün bir çox xəbər saytı hekayəyə yer verməkdən çəkinib.

Özü professional bir "arborist" olaraq tanınan Clyde-in sahibi yaşlı adamın adı açıqlanmır. Lakin təqdim olunan yazıda, yaşadığı hüznün və bu hüznün üzərinə götürdüyü intiqamın ölçüsü ürək sızladır. Hekayə 2017-ci ildə İyul ayında yayılıb və təqdim olunduğu dövrdə Clyde-in torpağından ayrılması üzərindən 3 ilə qədər zaman keçib. Sahibi isə yer üzündə çətin tapacağınız növdə insanlardandır.

Dövrün bələdiyyə başçısı Steve Aspel, ümid edirik bu məktubdan hər kəs kimi dərs çıxartmışdır:

"Salam hörmətli bələdiyyə başçısı,

Bu gün bu məktubda sizə ölüm, doğum və intiqam üzərinə bir hekayə söyləyəcəyəm. 3 il əvvəl bu gün, sizin başçılıq etdiyiniz Redondo şəhər məclisi, evimin qarşısında böyüyən 30 yaşındakı bir ağacı kəsmə qərarı aldı. Bunun tək səbəbi ağacın köklərinin səki üzərinə çıxmağa başlamasıydı. Bu gerçək bir problem deyildi. Ayrıca baxımını nizamlı olaraq etdiyim ağacın evimin qarşısında olmasından ötəri, ağac kəsmə xərclərini də "qanun gərəyi" mənə ödətdilər. O ağaca həqiqətən ailəmdən biriymiş kimi baxmışdım. Lazım olduğunda gübrələdim, həşəratlardan qorumaq üçün ona dərmanlar verdim. Bir fidan ikən dik dayana bilməsi üçün ona dəstək etdim. Zamanla böyüdü və çox güclü bir ağac oldu. Övladı öz ayaqları üzərində dayanmağa başlayan bir ata kimi qürurluydum.

Mən bu dünyadan ayrıldıqdan sonra belə, arxamda canlı və yaşayan bir xatirə buraxmanın verdiyi xoşbəxtliklə həyatımın son illərini keçirirdim. Ancaq sizlər, uşağım kimi gördüyüm ağacımı öldürdünüz. Bununla da kifayətlənməyib, cəlladının ödənişini də mənə ödətdilər. 3 il əvvəl siz mənim övladımın öldürdünüz!

Siz Ağacımı kəsdikdən 5 ay sonra, şəhərin bələdiyyə səlahiyyəti altında müxtəlif yerlərinə, 45 ədəd Redwood Kaliforniya şamı və 82 ədəd nəhəng Sekoya ağac əkdim. Bəlkə bilmirsiniz, ancaq əkdiyim bu ağacların xüsusiyyəti nəhəng ölçülərdə olmaları və boy atmağa başlamazdan əvvəl torpağa kök salmalarıdır. Siz bu məktubu oxuduğunuz sırada, çöldən kiçik görünən o ağaclar, torpağa doğru 10 metrə yaxın kök saldılar belə. Qarşımızdakı aylarda fəsil şərtləri lazımınca, ağla sığmaz bir sürətlə uzanmağa başlayacaqlar və boyları zamanla 70 metrə qədər dayanacaq.

Siz o gün, görməməzlikdən gələ biləcəyiniz bir problemi özünüzə vəzifə əldə edib ağacımı kəsmişdiniz. Bu gün isə bələdiyyə nəzarəti altında olan yerlərdə, 100-ə yaxın nəhəng ağac böyüməkdədir. Bu ağacları da elə mənim ağacım kimi asanca söküb ata bilmərsiniz.

Yaxşı günlər, hörmətli bələdiyyə başçısı. Yalnız kökü səkiyə çıxdı bəhanəsiylə kəsdiyiniz o ağacın, bu gün 100 ağac olaraq geri döndüyünü sizə bildirmək üçün bu məktubu yazdım. Həyatımın son günlərində sizə ağac dolu bir şəhər buraxıram.

Bu da mənim intiqamımdır."

Fira