Samsung Galaxy A8 (2018) təqdim edildi!

Samsung Galaxy A8 (2018) təqdim edildi!

Samsung son dövrdə ortaya çıxan sızıntılar ilə orta seqmentdə böyük bir həyəcana səbəb olan Galaxy A8 (2018) modelini rəsmi olaraq tanıtdı.Indi isə Galaxy A8 2018-in bütün xüsusiyyətləri və məlumatları sizinlə paylaşırıq.
Gəlin, indi Samsungun admiral gəmisi ağıllı telefonları xatırladan erqonomik dizaynı və cüt ön kamerası ilə diqqət çəkən Samsung Galaxy A8 (2018) modelinin xüsusiyyətlərinə və dizaynına yaxından nəzər salaq.

Galaxy A8 (2018) xüsusiyyətləri ilə nələr təqdim edir?
Yenilənən Galaxy A8, 5.6 düym böyüklüyündə Super AMOLED bir ekrana ev sahibliyi edir. FHD + olaraq təyin olunan 1080 × 2220 piksel həllini təqdim edən bu ekran, Infinity Display texnologiyası ilə çərçivəsiz bir quruluş təqdim edir.


2.2 GHz sürətində işləyən səkkiz nüvəli bir prosessor olan Exynos 7885'den güc alan telefon, 4 GB RAM ilə birlikdə gəlir. 32 GB və 64 GB saxlama variantları təklif edən qurğunun qarşısında ikili kameralar var.

16 Megapiksel + 8 Megapiksel həllolma dəqiqliyində olan iki ədəd f / 1.9 ön kamera sayəsində üst səviyyə portret fotoşəkilləri çəkilə bilər. Arxa qisimdə isə 16 Megapiksel həllolma dəqiqliyində f / 1.7 diafraqmaya sahib bir kamera iştirak edir.


Arxa kameranın alt qisimində barmaq izi oxuyucusu ilə bərabər, cihaz IP68 sertifikatı ilə gəlir. 149.2 x 70.6 x 8.4 mm ölçüdə və 172 qr ağırlığında olan Galaxy A8 2018, 3000 mAh batareya ilə təchiz edilmişdir.
Sürətli şarj və Always On Display texnologiyasından əlavə, cihaz USB Type-C portunu dəstəkləyir və Wi-Fi 802.11 a / b / g / n / ac, Bluetooth 5.0, NFC, GPS və Glonass kimi keçid texnologiyalarını dəstəkləyir.

Galaxy A8 (2018) texniki xüsusiyyətləri
Ekran: 5.6 düym, FHD +, 1080 x 2220 piksel, Super AMOLED, Gorilla Glass

Prosessor: 14 nm, səkkiz nüvəli, 2.2 GHz sürətində Exynos 7885

Grafik vahidi: Mali G71

RAM: 4 GB RAM

Saxlama: 32 GB / 64 GB saxlama, microSD dəstəyi

Arxa Kamera: 16 meqapiksel f / 1.7 diaphragm

Ön Kamera: 16 megapiksel + 8 megapiksel f / 1.9

Batareya: 3000 mAh

Əməliyyat sistemi: Android 7.1 Nougat

Bağlılıq: 802.11 a, b, g, n, ac, Bluetooth 5, NFC, GPS, USB Tip C

Ölçülər və çəki: 149.2 x 70.6 x 8.4 mm - 172 qr


shrn