Ən çox istifadə edilən Android versiyası hansıdır?

Ən çox istifadə edilən Android versiyası hansıdır?

Yaradıcılar səhifəsində yer alan və Android versiyasını istifadə nisbətləri gün üzünə çıxarılan qrafiki bir dəfə daha aktuallaşdıran Google, belə ki, 2018-ci ilin Fevral ayında istifadə məlumatlarını ictimaiyyət ilə paylaşıb. 2017-ci ilin oktyabr ayında Android Oreo distributivinin yüzdə 0.2-lik bir istifadə nisbəti var idi.

Teach.az xəbər verir ki, 2018-ci ilin yanvar ayı etibarilə yüzdə 0.7-lik bir istifadə nisbətinə sahib olan Android versiyası, bir ay içərisində təxminən yüzdə 0.4-lük bir artım göstərib. Beləcə Android Oreo versiyası ekosistem içərisində yüzdə 1.1-lik bir paya çatıb. Android Nougat isə yüzdə 28.5-lik istifadə nisbəti ilə əvvəlki dövrə görə ciddi bir artım təmin etməyə davam edib. Bunun yanında Marshmallow, Gingerbread, Kitkat və Lollipop versiyaları hər keçən gün eniş yaşamağa davam edir.



Galaxy S7 və S8 kimi modellər üçün Android Oreo yenilənməsinin təqdim olunması ilə birlikdə Oreo-nun istifadə nisbəti ciddi nisbətdə artacaq. Bunun yanında Nokia kimi bəzi istehsalçıların indidən Android P versiyası üçün istifadəçilərə söz verməsi ağıllı telefon sektoru üçün olduqca gözəl inkişaflardır.

Ancaq, istifadəçilərin ən böyük gözləməsi yeni Android versiyasını çox daha sürətli bir şəkildə cihazlar ilə görüşdürülməsi istiqamətindədir. Çünki, hələ də ötən il avqust ayında t əqdimolunan Android Oreo versiyasına yenilənməni gözləyən üst səviyyə ağıllı telefonlar ilə qarşılaşmağa davam edirik.

Fira