Amerikada 40 min saxta Apple məhsulları!

Amerikada 40 min saxta Apple məhsulları!

1.1 milyon dollar dəyərində saxta iPhone, iPad və Apple aksesuarları Amerikaya gizlicə ötürülüb. Çindən Amerikaya 1.1 milyon dollar dəyərində 40 min saxta Apple məhsulu gətirən fırıldaqçı həbs olunaraq məhkəməyə təhvil verildi.

1,1 milyon dollar dəyərində saxta iPhone, iPad və Apple Aksesuarı
2009 və 2014 illəri arasında Jianhua "Jeff" Li adında Çinli dolandırıcı minlərlə saxta məhsulu ABŞ-a gizli yollarla keçirmişdi.
Məhsullar adı çəkilən dolandırıcı Dream Digital-da işləyərkən gətirilmişdir.

5 il müddətində davam edib!

Li və bərabər işlədiyi qrupu 5 il saxta məhsullar gətirməyə davam etmişdir.
Qaçaqmalçılığın belə uzun müddət ərzində necə davam etdiyi isə sual altındadır.

Saxta Apple etiketləri və qablaşdırmaları

Saxta etiketləri olan qurğular şirkətin məhsullarını və qablaşdırmalarının kopyalarını çıxarırdı. Məhsulları Apple adı ilə ölkəyə daxil edə bilməyən Jianhua "Jeff" Li, məhsulları fərqli marka adı altında gətirir və onları ölkənin hər yerində paylayıb əldən çıxarırdı.

1.1 milyon dollar Florida və New Jerse-yə

Bütün Amerikadakı satışlardan əldə olunan gəlirlər Florida və Nyu-Jersey şəhərlərində olan bank hesablarına köçürülmüşdür.
Vəziyyət aşkar olunduqdan sonar amerikanın hakimiyyət orqanları Linin tərəfdarı Rosario LaMarcaı 37 ay həbs cəzasına məhkum etdi. Linin isə uzun illər həbsxanada qalması gözlənilir.


shrn/