20 saat yerindən qalxmadan oyun oynadı, beldən aşağısı iflic oldu

20 saat yerindən qalxmadan oyun oynadı, beldən aşağısı iflic oldu

Şərqi Çinin Zhejiang əyalətindəki Jiaxing şəhərində yaşanan hadisədə, şəxsiyyəti naməlum olan və oyun həvəskarı bir gənc, yoldaşlarıyla online oyun oynadıqdan sonra iflic olub.

Teach.az xəbər verir ki, gəncin 20 saat ərzində bir internet kafedə heç yerindən qalxmadan oyun oynadığı bildirilib. Yoldaşları tərəfindən çağırılan təcili yardım ilə xəstəxanaya qaldırılan gəncin içində olduğu iflic vəziyyətinin daimi olub-olmadığı hələ müəyyən deyil.

20 saat ərzində yerindən tərpənməyən gənc adamın bədənindəki sinirlərə zərər verdiyi düşünülür. Hələ müalicə altında olan çinli adamın hədsiz dərəcədə kompüter oyunlarına maraqlı olduğu deyilib. 2015-ci ildə da 32 yaşındakı Tayvanlı adam internet kafedə 3 gün ərzində oyun oynadıqdan sonra ölü olaraq tapılmışdı. Ölüm səbəbi isə yorğunluğa bağlı infakt olaraq açıqlanmışdı.

Fira