Apple pis gedən iPhone X satışlarını 6.1 düym LCD ekranlı yeni iPhone modeliylə kompensasiya edəcək

Apple pis gedən iPhone X satışlarını 6.1 düym LCD ekranlı yeni iPhone modeliylə kompensasiya edəcək

iPhone X dizaynı və xüsusiyyətləri ilə Apple istifadəçisindən keçər not alsa da cihazın yüksək qiyməti satışlara dərindən təsir edib.

Teach.az xəbər verir ki, Apple, 2018-ci ildə tanıdacağı 6.1 düym LCD ekranlı yeni iPhone modeli ilə bu vəziyyəti düzəltməyi ümid edir.

KGI Securities-in dünya tərəfindən məşhur Apple analitiki Ming-Chi Kuo, investorlarla 2018 model iPhone təchizatçı hesabatları və detallarını ehtiva edən bir not paylaşıb. Kuo-nun notuna görə Apple, əvvəlki sızıntılarla da ardıcıl olaraq 5.8 düym və 6.5 düym OLED ekranlı iki yeni iPhone modelinə əlavə olaraq bir dənə də 6.1 düymlük LCD ekranlı iPhone modeli təqdim edəcək.



Yeni OLED ekranlı iPhone batareya imkanlarını bəhs edən Kuo, 6.5 düym ekranlı modelin 3300-3400mAh bir batareyaya, 5.8 düym ekranlı model isə 2700-2800mAh bir batareyaya sahib olacağını ifadə edir. 5.8 düym OLED ekranlı iPhone X'da da 2716mAh batareya olduğunu düşünsək Applenin 2018 model iPhone'larda da batareya tutumunu genişlətməyəcəyini söyləyə bilərik.

5.8 düym və 6.5 düym OLED ekranlı iPhone batareyaları iPhone X'da olduğu kimi L şəklində olacaq. 6.1 düym LCD ekranlı model isə 2850 - 2950mAh bir batareyaya sahib olacaq. Bu batareya iPhone 8 Plus-unkundan daha böyük olsa da standart düzbucaqlı formasında olacağı üçün cihaza xatiri sayılar miqdarda ağırlıq və qalınlıq qatacağını ifadə edək.

Kuo, iPhone X-ın yüksək qiyməti səbəbi ilə istehlakçılar tərəfində gözlənilən marağı görmədiyini, bunun da LCD ekranlı 6.1 düymlük iPhone üçün bir fürsət olduğunu ifadə edib. Kuo-nun təxminlərinə görə LCD ekranlı iPhone, 2018-ci ildəki iPhone satışlarının 50 faizini meydana gətirəcək. Cihazda iPhone X-da olduğu kimi Face ID olsa da cüt kamera və 3D Touch tapılmayacaq.

Kuo, 6.1 düymlük LCD ekranlı iPhonenin inkişaf mərhələsində bir az gecikmə yaşanacağını, lakin üç yeni iPhone modelinin də sentyabr ayında istehlakçılara təqdim ediləcək şəkildə hazır olacağını bildirib. Kuo'nun daha əvvəl paylaşdığı notlara görə 6.1 düym LCD ekranlı iPhone modeli 700 ilə 800 dollar arasında olacaq və dizaynı iPhone X ilə oxşar olacaq.

Fira