iOS 11.2.5 yenilənməsi əhəmiyyətli bir düzəltmə ehtiva edir

iOS 11.2.5 yenilənməsi əhəmiyyətli bir düzəltmə ehtiva edir

Apple iOS 11.2.5 yenilənməsini son istifadəçilərinə paylaşıb. Yenilənmə HomePod dəstəyi, Siri-nin xəbərləri oxuması kimi bir neçə yeniliklər ehtiva edir. Ancaq bu yenilənmənin dərinliyində əhəmiyyətli bir düzəltmə var.

Teach.az xəbər verir ki, uzun müddətdir beta mərhələsində olan iOS 11.2.5-in final versiyası təqdim olunub. Bu yenilənmədə ən çox diqqət çəkən yeniliklər Siri-nin xəbərləri oxuması və HomePod dəstəyidir. Digər tərəfdən də yenilənmənin versiya qeydlərində əhəmiyyətli bir mövzudan da bəhs edilib. iOS 11.2.5, chaiOS adlı problemi də düzəldir. Abraham Masri tərəfindən tapılan bu səhv iPhone-ların və Mac-lərin donmasına səbəb olur.

Apple web saytlarının HTML-ə bir neçə xarakter əlavə edilməsinə icazə verir. Proqramdakı əlaqəni özəlləşdirir. Ancaq Masri isə icazə veriləndən daha çox xarakter əlavə etməyi bacarıb. Belə bir mesaj alan istifadəçi önizləmədəki əlaqəyə toxunduqda iPhone donur və yenidən başlayır. Mac-də isə performans problemi yaşanır.

Əgər chaiOS problemi ilə qarşılaşmaq istəmirsinizsə iOS 11.2.5-i yükləmənizi tövsiyə edirik.

Fira