"Zebra deyib ələ salırdılar" - FOTO
Vitiliqo adlanan dəri xəstəliyindən əziyyət çəksə də, moda dünyasına tamamilə başqa bir nəfəs gətirən kanadalı top model Vinni Harlou uşaqlıda yaşadığı travmalardan danışıb.
Model Braziliyanın “Marie Claire” jurnalına müsahibə verib və üz qabığına çəkilib.
“Uşaqlıqda jurnalist olmaq istərdim. Şəkillərimi sosial şəbəkədə paylaşdıqdan sonra reklam təklifləri gəldi və mən modellik karyerasına başladım. İnandım ki, ictimai gender bərabərliyi var və qadınlar hər zaman kişilərin etdiyi hər işi görə bilər.
Vitiliqonun ilk əlamətləri 3 yaşında peyda oldu. Məktəbə getməyə başlayanda insanlar dərinin rəngindən dolayı mənə qarşı önyarqılı yanaşırdı. Yaşım kiçik olduğu üçün səbəbini anlamırdım. Məktəb yoldaşlarım mənə zebra və inək kimi ləqəblər qoymuşdu”.(publika)