Tim Cook ciddi açıqlamalar verdi

Tim Cook ciddi açıqlamalar verdi

Apple-ın "Hər kəs kod yaza bilər" proqramını Avropaya açmasından sonra Tim Cook proqramın üzvündən biri olan Harrow Universitetində ciddi açıqlamalar verdi.

Teach.az xəbər verir ki, Harrow Universitetində danışıqlar aparan Cook: "Texnologiyanın həddindən artıq istifadəsinə inanmıram. Texnologiyadan hər zaman istifadə etsək müvəffəqiyyətli olardıq deyən biri deyiləm. Bu fikirlə razı deyiləm. Bir ədəbiyyat dərsində texnologiyadan cox istifadə etməyinizimi fikirləşirəm? Əlbəttə ki, xeyr." deyib.

57 yaşında olan CEO Apple-ın şagirdlərin məktəbdən kənardakı günlük həyatı barədə maraqlandığını və telefon asılılığı kimi mövzularda çalışacaqlarını vurğulayıb. Eyni zamanda sosial media ilə bağlı şərh edən Cook: "Övladım yoxdur, amma qardaşım oğlu var və ona bir neçə məhdudiyyətlər qoydum. İcazə vermədiyim bəzi şeylər var. Onun sosial mediada olmasını istəmirəm." deyə bildirib.

Tim Cook-un universitetdə etdiyi danışığın səbəblərindən biri Apple-ın yeni kodlaşdırma axınının tanıtımı olub.

Söhbətdə sıra kodlaşdırmağa gəldikdə Cook: "Əgər bir seçim etmək məcburiyyətində qalsanız, məncə kodlaşdırma dili öyrənmək xarici bir dil öyrənməkdən daha vacibdir. Bu fikrimə qarşı çıxan bir çox insan var, bilirəm. Amma kodlaşdırma universal bir dildir." deyib.

Fira