Siqaret ağzında partladı, görün nə oldu - FOTO

Siqaret ağzında partladı, görün nə oldu - FOTO

ABŞ-ın Kolorado Sprinqs şəhərində yaşayan 29 yaşlı Kordero Çaples siqaret vərdişindən imtina etmək üçün elektron siqaret çəkməyə başlayıb.

O, elektron siqaret çəkən zaman siqaret ağzında qəfildən partlayıb. Hadisə nəticəsində onun boynu qırılıb, ön dişləri və dodaqları parçalanıb.

Xəstəxanadan verilən məlumata görə, onurğa iliyi əməliyyatı keçirən şəxsin vəziyyətinin hələlik yaxşı olduğu bildirilib. Xəstənin əməliyyatını həyata keçirən həkimlər onun ölümdən döndüyünü deyirlər.



axar