"Sevgilim kök olmağımı istəyirdi" - 327 kilo adam olar ?

"Sevgilim kök olmağımı istəyirdi" - 327 kilo adam olar ?

"Sevgilim kök olmağımı istəyirdi. Mümkün qədər kök. Mən də onu sevdiyim üçün arzusunu gerçəkləşdirmək istədim. Səhv etdim".

Dünyanın ən ağır qadını kimi tanınan Petti Sançesin dediyinə görə, indi peşmandır və arıqlamağa qərar verib.

ABŞ-ın Nevada ştatındakı Rino şəhərində yaşayan Petti Sançes 4 övlad anasıdır. Onun çəkisi əvvəllər 327 kiloqram idi.

Səbəbkar isə onun qeyri-rəsmi nikahda yaşadığı əri, sevgilisi idi.

Lakin sevgilisindən ayrılandan sonra Petti arıqlamağa başlayıb.

107 kiloqram itirmiş Pettinin çəkisi indi 220 kiloqramdır.

O, dayanmaq niyyətində deyil. Sağlam qida rasionuna və pəhrizə keçən Petti Sançesə oğulları - 30 yaşlı Skott Uebber və 28 yaşlı Loqan Uebber dəstək verirlər.

Əvvəllər gün ərzində ən azı 13 min kalorilik yemək yeyən Petti indi 3 min kalori ilə kifayətlənir.

"Əvvəllər ölüm barədə düşünmürdüm. Amma ifrat dərəcədə kökələndən sonra, yerimdən çox çətinliklə qalxıb vanna otağına tərəf 3 addım gedənədək təngnəfəs olanda anladım ki, həyatımı dəyişməliyəm. 4 övladım, 5 nəvəm mənə dəstək oldular. Çünki əvvəlki kimi qalsaydım, yenə çimməyə, yuyunmağa, hətta yeriməyə çətinlik çəkəcək, əzablara qatlaşacaqdım. İndisə meyvə, tərəvəz, salatlar və toyuq əti ilə kifayətlənirəm. Çoxlu meyvə şirəsi içirəm", - Petti söyləyib.























milli