1 yaşlı uşağın bu problemi həkimləri şoka saldı - VİDEO

1 yaşlı uşağın bu problemi həkimləri şoka saldı - VİDEO

Çində 1 yaşlı uşaq həkimləri şoka salıb. Bu körpənin belində heyvanlardakı kimi xəzin yaranması ailəsini çıxılmaz vəziyyətdə qoyub. Körpənin belində və ayaqlarının bir neçə yerində yaranan sıx tük örtüyünün nadir xəstəlikdən irəli gəldiyi açıqlanıb.

Sitzuan vilayətinin nüfuzlu həkimləri azyaşlını bu xəstəlikdən xilas etməyin yolunu tapmaqda çətinlik çəkir. Uşağın bədəində xəz yaradan xəstəliyin müəyyən vaxtdan sonra xərçəng xəstəliyinə səbəb olacağı da istisna edilmir.

Həkimlərin sözlərinə görə, 1 yaşlı uşaq bu xəstəliyə rəğmən uzun müddət yaşaya bilər. Ancaq bunun üçün o, müntəzəm olaraq müalicə olunmalı və vaxtaşırı tibbi müayinədən keçməlidir.

Həkimlər bu xəstəliyin genetik olmasından şübhələnsələr də, məlum olub ki, uşağın ailəsində, ümumiyyətlə nəsil-kökdə bu cür hala heç vaxt rast gəlinməyib. (atv.az)