Sevgilisinə yazdığı mesaj rekordları qırdı

Sevgilisinə yazdığı mesaj rekordları qırdı

Sevgilisinə yazdığı mesaj rekordları qırdı

Avstraliyada 30 yaşındakı bir adam, 7 həftədir birlikdə olduğu sevgilisindən ayrılıb. Oğlan sevgilisindən ayrılmazdan əvvəl ayrılma səbəblərini qıza yazıb. Qız isə oğlanın yazdığı mesajı çox əyləncəli qarşılayaraq onu dostuna göndərib. Dostu isə 6 bəndlik siyahını öz "Twitter” hesabında paylaşıb. Siyahını 17 mindən çox insan paylaşıb.

1. "Facebook”da münasibətdə olduğumuzu yazmamısan

2. Keçən həftəki toya mənimlə getməmişdin

3. Pişiyim ilə pis rəftar edirsən və bu məni narahat edir

4. Boş zamanlarını mənimlə keçirmirsən

5. Söyüş söyürsən

6. İndiyə qədər cinsi əlaqədə olduğun adamların sayını demirsən. Məncə bu 3-dən çoxdur və bu qəbuledilməzdir.

7. Səni dəyişdirməyin çox çətin olduğunu düşünürəm. Həyatında uğurlar arzulayıram.

Adını açıqlamayan qız isə heç bir bəndə münasibətini bildirməyib. O, yalnız "Pişiyim ilə pis rəftar edirsən və bu məni narahat edir” bəndinə münasibət bildirərək, "”Pişiklərə qarşı allergiyam var. Onunla qaldığım gecələr pişik yatağın üstündə yatırdı və mən narahat olurdum” deyib.(big)