Türkənistanda prezident qara avtomobil sürməyi qadağan etdi - FOTO
Türkmənistanda qara avtomobillərin istifadəsi qadağan edilib.
Teach.az xəbər verir ki, buna səbəb isə Türkmənistan prezidenti Qurbanqulı Berdımuxamedovun qara deyil, məhz ağ rəngə olan sevgisidir. 2018-ci il yanvarın 1-dən qüvvəyə minən qanuna əsasən, ölkənin paytaxtı Aşqabadda qara avtomobillərin istifadəsi tamamilə qadağan edilib. Qara avtomobili olan sürücülərə onları ağ rəngə boyayana kimi maşınlarına əl qoyulub.
Qara avtomobillərin qadağan ediləcəyinə dair ilk dedi-qodular 2015-ci ildə ölkəyə qara avtomobillərin girişinə məhdudiyyət qoyulacağı zaman ortaya çıxmışdı. Gözlənilən an gəldi və ölkəyə qara avtomobillərin girişi 2018-ci ildən yasaqlandı.
Əlbəttə ki bu qadağa avtomobil boyama şirkətlərinin gəlirinin artmasına səbəb oldu. Belə ki, ölkədə bir maşının rənglənməsi orta hesabla 3500 manat qiymətinə təyin edilib. Məlumata görə, bu rəqəm bir həftə içərisində 5 min manata qədər yüksəlib. Ölkə əhalisinin orta aylıq qazancının 500 manat olduğunu nəzərə alsaq, onların bir müddət avtomobilsiz qalacağını söyləyə bilərik.
Maraqlısı odur ki, ağ rəngi sevdiyinə görə ölkəsində qara avtomobillərin istifadəsini qadağan edən Türkmənistan prezidentinin ağ rəngli maşını yoxdur. Prezident hazırda yaşıl rəngli Bugatti Veyron sürür.