İstirahət etdiyi çadırı gölə buraxdılar - pis zarafatın sonu - VİDEO

İstirahət etdiyi çadırı gölə buraxdılar - pis zarafatın sonu - VİDEO

Uelsdə bir gəncin dostu ilə zarafatlaşması ortaya qəribə görüntü çıxarıb.

Göl kənarında, istirahət çadırında yatan Eliot Jil, gözünü suyun ortasında açıb.

Ben Filipslə istirahət üçün göl kənarına gələn Eliotun başına gələcəklərdən xəbəri olmayıb. Çadıra girib yatan gəncin dostu Ben, Eliot yuxuya gedər-getməz onun balon döşəyini sürüyərək gölə salıb. Döşəklə birgə göldə üzməyə başlayan Eliot gölün ortasında ayılanda gözlərinə inanmayıb.

Döşəyin üzərində ayağa qalxmağa çalışan gənc, vəziyyəti daha da qəlizləşdirib. Müvazinətini itirərək suya yıxılan eliot, sahilə çıxanda hər şeyin kamera zarafatı olduğunu anlayıb. Çox əsəbiləşsə də, Ben Fİlipsin bu zarafatını səmimi qəbul edən Eliot, deyinərək ərazini tərk edib.

Qeyd edək ki, Ben Filips bu cür sürpriz görüntülərlə ölkəsində məşhurlaşıb. Sən demə onu, uşaqlıq dostu Elit bir neçə dəfə bu tip zarafatları ilə çətinb vəziyyətlərə qoyub.

atv.az