Gəlini ağladan rəqs izlənmə rekordları qırır -VİDEO

Gəlini ağladan rəqs izlənmə rekordları qırır -VİDEO

Aaliya və Benjamin Armstrongun toyunda edilən sürpriz rəqs gəlin və bəyə duyğusal anlar yaşadıb.
Yeni Zelandiyada baş verən bu toyun videosu izlənmə rekordları qırır.

21 yaşındakı gəlin Aaliya Armstrong BBC-yə verdiyi müsahibədə rəqsin "nəfəsini kəsdiyini" söyləyib.

Aaliya Armstrong həyat yoldaşının dostları tərəfindən təşkil edilən rəqs şousunun sosial mediada bəzi şərhçilərin yazdığı kimi bəyi qorxutma səyi deyil, bir hörmət işarəsi olduğunu vurğulayıb.

Xanım Armstrong "Rəfiqələrimdən biri rəqsə qatılana qədər mən də qatılmağı düşünməmişdim. Onu görüncə mən də rəqs edənlərə sevgi və hörmətimi göstərmək istədim" deyə bildirib.

Qadınlar ümumiyyətlə haka rəqsi etmir ancaq Aaliya Armstrong toylarda bu rəqsə qatılmağın adi olduğunu söyləyib.

"Facebook"da 14 milyon dəfə izlənilən və paylaşılan üç dəqiqəlik video gəlin və bəyin rəqs edənləri qucaqlaması ilə sona çatır.

Haka rəqsi nədir?

Haka rəqsi ənənəvi Maori mədəniyyətində düşmənlərin gözünü qorxutmaq üçün edilir.
Bunun ən tanınan nümunələrindən biri Yeni Zelandiya Reqbi Milli Komandasının bütün matçlarının əvvəlində sərgilədikləri "All Blacks" olaraq adlandırılan rəqsdir.

Haka həmçinin şənliklərdə və xüsusi qonaqları qarşılamaqla yanaşı, cənazə mərasimlərində də sərgilənir.

[center][/center]
big