Üzünün yarısını makiyaj etdi, görün nələr yazdılar - FOTOLAR
Amerikalı Maisie Beech adlı qadın üzünün yarısına makiyaj edib yarısını isə olduğu kimi təbii buraxıb. Kosmetikanın gücünü göstərmək istəyən qadın fotosunu facebookda paylaşıb. Amma o, bu fotolara görə tənqid atəşinə tutulub.
Onun "makiyajın gücü" statusu ilə paylaşdığı şəklinin altına yazılan bəzi rəylər olduqca insafsız olub. Belə ki şərhlərdə üzünün nə qədər qorxunc və iyrənc olduğu, hətta xərçəng xəstəliyinə tutulmuş kimi görünürsən yazanlar da olub.
Beech isə bunları söyləyib: ''Mən insanlar üçün makiyaj etmirəm, özüm üçün edirəm. Makiyaj mənim üçün bir sevgidir. Çox az müsbət rəy aldım. Bu qədər mənfi rəy alacağımı heç düşünməmişdim. İnsanlar ekran arxasında necə bu qədər zalım ola bilir? Mən alopesi xəstəsiyəm. Belə şərhlər cəmiyyətimiz üçün çox üzücüdür''.
Alopesi xəstəliyi saçlı dəri, qaşlar, kirpiklər, saqqal bölgəsində tüklərin tökülməsi deməkdir.
big.az