Dünyanın ən yaxşı dizaynına sahib olan 3 məktəbi- FOTOLAR

Dünyanın ən yaxşı dizaynına sahib olan 3 məktəbi- FOTOLAR

Dünyada istər binasının quruluşuna, istər təchizatına, istərsə də dərs keçmə metoduna görə digərlərindən xeyli fərqlənən təhsil müəssisələri mövcuddur.

Teach.az xəbər verir ki, Amerikada keçirilən memarlıq yarışmasında dünyanın ən yaxşı dizaynına sahib olan 3 məktəb binası seçilib. Mükafatı alan memarlar amerikalı olsa da, ərsəyə gətirdikləri əsərlərə təkcə ABŞ-da deyil, dünyanın müxtəlif ölkələrində də rast gəlmək mümkündür.

Dark Wells adlı memarlıq şirkəti tərəfindən inşa edilən bu məktəb binası Amerikadakı Missori əyalətində yerləşir. Söhbət Reeds Spring orta məktəbindən gedir:



Reeds Springs orta məktəbi mükafata layiq görüldü. Bina günəş enerjisindən faydalanır:



Bina sıx şəkildə ağaclarla əhatə olunub.



Digər mükafat Əfqanıstanın Şərif kəndində yerləşən Gohar Khatoon Qız məktəbinə verilib:



Məktəbin divarlarında 6 qadın sənətçinin çəkdikləri şəkillər təsvir olunub:



Digər bir mükafat isə Arkansas Universitetindəki Vol Warker Hall binasına verilib:



Hər mərtəbədə memarlıq təhsili alan şagirdlərin layihələrini hazırlaya biləcəkləri atelyelər yerləşir.



Fira