Arıqlayıb gözəlləşdiyi üçün - Həyat yoldaşı ondan boşandı

Arıqlayıb gözəlləşdiyi üçün - Həyat yoldaşı ondan boşandı

Artıq çəkidən xilas olmaq bütün qadınların mübarizə apardığı əsas problemlərdən biridir.

Teach.az xəbər verir ki, İngiltərədə yaşayan Angela Krikmor adlı qadın da artıq çəkilərindən xilas olmaq istəyib. Bunun üçün ilk növbədə həkimə müraciət edən qadın artıq çəkilərindən ən qısa müddətdə xilas olmaq istədiyini bildirib. Yeni dieta proqramına başlayan xanım nəhayət ki, istəyinə nail olub. Həftələr sonra arıqladığı görən qadın yeni qiyafələr alıb, saçlarını dəyişdirərək həyat yoldaşının qarşısına keçib.

Amma həyat yoldaşının reaksiyası qadının bütün xəyallarını puç edib. Əvvəlki halının daha gözəl olduğunu deyən kişi arıqladığı üçün ondan ayrılacağını bildirib. Bir neçə gün məsələnin ciddiliyini qəbul etməyən qadın boşanma kağızını əlinə alan kimi gerçəklərlə üzləşib. Onlar boşanıblar.

Boşandıqdan sonra da fitnesə davam edən qadın hazırda "Fit" bir bədənə sahibdir./atv.az/