"WhatsApp"dan daha bir YENİLİK

"WhatsApp"dan daha bir YENİLİK

Məşhur mesajlaşma tətbiqi “WhatsApp” daha bir yenilik edib.

Messencerdə reklam və şirkət mesajları pullu olacaq. Bu barədə “WhatsApp” bloqunda məlumat verilib.

Məlumatda bildirilib ki, bəzi yazışmaların göndərilmə xidməti şirkətlər üçün ödənişli şəkildə həyata keçiriləcək.

Bununla da, tətbiq onlar üçün lazım olan mesajların göndərilməsini təmin edəcək.

Xatırladaq ki, bu funksiyanın olması hələ keçən ildən planlaşdırılıb.(primetime)