Yaşaması üçün dərisini soyurlar - FOTOLAR
5 yaşlı Evans Faskino harlequin tipi iktiyozis xəstəliyindən əziyyət çəkir.
Teach.az xəbər verir ki, Evansın dərisi normalda olduğundan 10 qat sürətlə böyüyür, anası onu çimizdirdiyi zaman tökülən dəri qalıqlarını toplamalı olur. Vannadan çıxdıqdan sonra Evansın dərisinin qurumasının qarşısını almaq üçün nəmləndirici kremlər çəkilir.
Anası oğlunun sağlamlığı üçün əlindən gələni edir. Daimi infeksiya təhlükəsi altında olan Evansın ailəsi gündə 2 dəfə onun dərisindəki pulcuqları soymağa məcburdur. Əks təqdirdə, pulcuqlar daha da qalınlaşır və onu soymaq mümkünsüz hala gəlir. Həmçinin dərinin gündə 5 dəfə yağ və ya kremlər ilə nəmləndirilməsi mütləqdir.
Məlumat üçün bildirək ki, dərinin hədsiz keratinləşməsi nəticəsində bədənin hər tərəfinin pulcuqlarla örtülməsinə harlequin tipi iktiyozis deyilir. Bu, çox nadir rast gəlinən və səbəbi məlum olmayan genetik xəstəlikdir. Xəstənin valideynlərinin də daşıyıcısı olduğu harlequin tipi iktiyozis xəstəliyindən dəri normalda olduğundan çox daha sürətli inkişaf edir. Bu ölümcül xəstəlik adətən yeni doğulan körpələrdə rast gəlinir. Ancaq həyatda qalan körpələr ömrünün sonuna qədər yaşaya bilməsi yaxşı müalicə almalıdır./publika/