Psixoloji test — Şəkillərdən birini seçin və özünüzü yoxlayın

Psixoloji test — Şəkillərdən birini seçin və özünüzü yoxlayın

Şəkil 1

Sən ruhun üçün sonsuz rahatlıq axtarışındasan. Həyatda məqsədsiz və tək qalmaqdan çox qorxursan. Əslində səni xoş münasibət və diqqətlə xoşbəxt etmək olar. Həyatdan gözlədiklərin elə də çox deyil yəni.

Şəkil 2

Özünü ifadə etməkdə, duyğularını qarşı tərəfə təqdim etməkdə çətinlik çəkirsən. Kiməsə tam mənasıyla güvənmək sənin üçün həddindən artıq çətindir. Buna görə də duyğularını ən dərinlərində, heç kimin görə bilməyəcəyi yerlərdə gizlədirsən. Bəlkə də bu xasiyyətindən əl çəksən, həyat sənin üçün daha yaşanacaq bir hala gələcək.

Şəkil 3

Olduqca güclü və ağıllı bir insan olmağına baxmayaraq, özünü insanlardan bir az kənarlaşdırmısan. Hətta bəzən ailənlə və ya ən yaxın yoldaşlarınla belə görüşüb danışmırsan. Öz-özünə kiminsə sənə ehtiyacı olduğunu heç düşünmüsən?

Şəkil 4

Ürəyin şəfqət və gerçək sevgi ilə doludur. Ancaq bunu bölüşəcəyin, səninlə eyni duyğuları hiss edən birinə ehtiyacın var. Hazırda həyatda narahatlıq duyduğun tək mövzu maddiyyat kimi görünür. İstədiyin hər şeyi əldə etmisən, lakin elə çox da asan başa gəlməyib bunlar; yüz ölçüb bir biçmisən və indi bunun meyvəsini yeyirsən.

Şəkil 5

Özünə inamın tam olsa da, azadlığının əlindən alınmasından çəkinirsən. Həyatdan gözlədiyin şeylər də o qədər sadədir ki: xoşbəxtlik və müsbət enerji. Bu da var amma, bəzən həyat tərzin haqqında çaş-baş qalırsan. Amma olur belə hallar. Bunu düşün: Yaşamaq istədiyin kimi bir həyatı yaşamaqdan daha gözəl nə ola bilər axı?!

Şəkil 6

İtirməkdən deyil, qeyri – müəyyənlikdən qorxursan. Bunun üçün də həyat məqsədin “həqiqi Səni tapmaq”dır. Önündəki hədəfə doğru addımlayarkən yaşadıqlarını analiz etməyi unutmursan.

big.az