Sevgilisindən ayrılan şaftalı yesin, çünki...

Sevgilisindən ayrılan şaftalı yesin, çünki...

Qabığının tüklü olmasına baxmayın o min bir dərdə şəfadır. Vətəni Mərkəzi və Şimali Çindir. Lakin bəzi fikirlərə görə bu meyvənin ən dadlısı Azərbaycanda, Xaçmaz rayonunun Nərəcan kəndində yetişir. Hindistan əfsanələrinə əsasən o "Sehirli meyvə"dir. Uzunömürlülük simvoludur və Aişa ilahəsinin bağçasında üç min ildə bir dəfə çiçəkləyir. Söhbət şaftalıdan gedir.

Teach.az “Maddə 586” layihəsi çərçivəsində şaftalının sirlərini təqdim edir.

Şaftalının kalorisi nə qədərdir?

Şaftalıda 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. Şaftalının kalorisi azdır.Yəni hər yediyinizin kalorisinin hesabını aparırsınızsa, rahat şəkildə şaftalı yeyə bilərsiniz. Çünki 100 qram şaftalının tərkibində 40 kalori var. Bu almadan da azdır. Bir sözlə şaftalı arıqlamaq üçün əla vasitədir. Kalorisi az olsa da uzun müddət toxluq hissi yaradır. Yemək arasında iki şaftalı yeməklə yağlı yeməyi sürətlə həzm etmək mümkündür. Odur ki, şaftalı nahardan sonra əla desert sayılır. Yeri gəlmişkən şaftalı hər nə qədər yetişmiş olsa, glisemiki də bir o qədər yüksəldər.

Gündə 3 ədəd şaftalı yeyin

Şaftalının tərkibində kalium bədəndəki artıq suları dəf edir. Şaftalının tərkibində antisiyaninlər də var. Bu qan damarlarını qoruyur. Qan dövranına yardım edir. Əgər ayaqlarınızda qan dövr etməsindən narahatsınızsa, bu ləzzətli meyvədən çox yeyin. Şaftalı eyni zamanda bağırsağın dostudur Yetişmiş bir şaftalı, xüsusilə də şaftalının qabığı bağırsaqları təhrik edir. Şaftalı o qədər yüngül meyvədir ki, onu körpə uşağa da vermək olar.

Gözə mirvari suyu gəlməsinin qarşısını alır

Şaftalı qəbizliyi aradan qaldırır. Bunun üçün gündə 3 ədəd şaftalı yeyin və bu meyvəni yaxşı çeynəməyə çalışın. Şaftalının tərkibindəki antioksidantlar da var. Hansı ki qanda xolesterinin artmasının qarşısını alır. Eləcə də imkan vermir ki, damarlar yığılsın.

Bu arada, antioksidantlar məhz şaftalının “tüklü” dərisindədir. Buna görə, şaftalını soyub yeməyin. Məhz dərisi ilə bir yerdə yeməyə çalışın. Şaftalı həm də nadir meyvələrdəndir ki, tərkibində karotenoidlər, eyni zamanda pulifinol var. Meyvələrin əksər hissəsində bu maddələrin yalnız biri var. Karotenoidlər meyvəyə rəng verir. Lutiyin isə gözünüzü və görmə qabiliyyətini qoruyur. Gözü degenerasiyaya uğramaqdan xilas edir, mirvari suyu gəlməsinin qarşısını alır.

Xiffət çəkməyə qoymur

Nəhayət, sevgilinzidən ayrılmısınızsa, eşq acısı yaşayırsınızsa şaftalı yeyin. Bu meyvə əhvalı yaxşılaşdırır, yuxusuzluğu, depressiyanı aradan qaldırır. Tərkibindəki B qrupu vitaminləri yuxunu normallaşdırır, stressin öhdəsindən gəlməyə kömək edir. Maqnezium isə xiffət etməyə və ruhdan düşməyə qoymur.

Keyfiyyətli şaftalını necə seçək?

Şaftalının çəyirdəyi büzüşübsə deməli, ona kimyəvi maddələr vurulub. Belə şaftalını ciddi-cəhdlə yumaq, ondan yalnız kompot, yaxud mürəbbə bişirmək məsləhət görülür.(publika)