“Apple”dan 350 milyard dollarlıq yatırım

“Apple”dan 350 milyard dollarlıq yatırım

"Apple" şirkəti növbəti beş il ərzində ABŞ iqtisadiyyatına 350 milyard dollarlıq investisiya yatıracağını bildirib.

Teach.az trend-ə istinadən bildirir ki, bu barədə şirkətin saytında dərc edilmiş məlumatda deyilir.

Şirkət həmçinin ölkədə 20 mindən çox yeni iş yeri açmaq niyyətindədir.

Bundan əlavə, "Apple" ABŞ ərazisində yeni kampus və məlumatların emalı mərkəzləri təşkil etməyi planlaşdırdığını bildirib.