İlanlar niyə uzundur? - səbəbini eşidib şoka düşəcəksiz- VİDEO

İlanlar niyə uzundur? - səbəbini eşidib şoka düşəcəksiz- VİDEO

İlanlar niyə uzundur? Bu sualın cavabını axtaran Portuqaliyadan olan bir qrup alim maraqlı nəticələr əldə edib. Lissabon universitetlərindən birində çalışan bir qrup alim sürünənlər arasında apardığı uzun müddətli müşahidələrdən sonra qərara gəlib ki, ilanların uzanmasına səbəb O-Si-Ti 14 adlı gendir. Genin iş prinsipi ilə tanış olan mütəxəssislər bu qənaətə gəlib ki, bu gen sürünənlər hələ embrion mərhələsində olarkən kök hüceyrələrinə təsir edir və ilanlar uzanmağa başlayır. O-Si-Ti 14-ün digər genlərə nisbətən daha uzun ömürlü olması isə bəzən sürünənlərin nəhəng ölçülərə çatmasına səbəb olur. Əvəzində, bədənin böyüməsinə zəmin yaradan O-Si-Ti 14 quyruq hissənin qısa qalmasına səbəb olur. İnqilabi kəşvin açılmasına isə sən demə, siçanlar səbəb olub. Alimlər bir neçə uzun bədənli siçanı tədqiq edərkən bu qənaətə gəlib.

Hazırda elm adamları O-Si-Ti 14-dən təbabətdə istifadənin mümkünlüyünü araşdırır. Onlar düşünür ki, bu geni insan bədənində yerləşdirməklə onurğa beyni problemi olan insanları iynə-dərmansız müalicə etmək mümkündür.


atv.az