Təyyarənin qəzaya düşməsinə açıq olan telefon səbəb oldu?

Təyyarənin qəzaya düşməsinə açıq olan telefon səbəb oldu?

Professor Dr. Selçuk Helhel Trabzonda baş vermiş təyyarə qəzasına sərnişinin telefonunun açıq olmasının səbəb olduğunu deyib. Təyyarədə uçuşa başlamadan ilk xəbərdarlıq "açıq olan elektronik cihazlarınızı bağlayın" olur.

Teach.az xəbər verir ki, Professor Dr. Helhel baş verən qəza ilə bağlı bunları deyib:

"Allaha şükür bu hadisədə ölüm və yaralanma olmadı. Ancaq hər zaman belə şanslı ola bilmərik. Təyyarədə uçuş zamanı, əsasən də təyyarənin qalxması və enişi zamanı telefonları təyyarə modunda belə olsa bağlamaq lazımdır. İnsan həyatda bir dəfə ölür. İkinci bir şansınız yoxdur. Telefonu 10 dəqiqə tez və ya gec bağlamaq sizin üçün heç bir şey itirməz."

Sərnişinlərin nədənsə eniş zamanı tələsik davranaraq təyyarə durmadan telefonlarını açdıqlarını deyən Professor Dr. Helhel bu görüntülərlə dəfələrlə qarşılaşdığını bildirib.

"Telefonu açmaq ya da bağlamaq barədə tələsik davranırıq. Təəssüflər olsun ki, sərnişinlərimiz təyyarə qalxarkən bağlamamaq, enəndə isə təkər yerə dəyər-dəyməz açmaq barədə bir yarış içindədilər. Trabzondakı bu qəza ölümlə nəticələnə bilərdi. Bu ciddi bir qəza idi. Bu qəzada eniş zamanı sərnişinlərdən birinin telefonu açmış olma ehtimalı yüksəkdir" Dr. Helhel deyib.

Fira