Toy dəvətnaməsinə elə şəkil qoydular ki... - Fotolar

Toy dəvətnaməsinə elə şəkil qoydular ki... - Fotolar

Türkiyədə ailə quran bir cütlük qeyri-adi hərəkəti ilə hər kəsi heyran edib.

Ömər Acar ilə Hazal Akseki adlı ikili qonaqları toylarına dəvət etmək üçün onlara dəvətnamə göndəriblər. Dəvətnaməni açanlar isə təəccüblərini gizlədə bilməyiblər.

Belə ki, cütlük məktəb illərində əl-ələ çəkilmiş şəklini dəvətnaməyə qoyaraq "İllər sonra heç vaxt buraxmamaq şərti ilə yenə əl-ələ tutacağıq. Sizi də aramızda görməkdən məmnun olarıq" qeydini yazıblar.

Ömər fotonu gördükdə özünün də təəccübləndiyini bildirib. O, şəklin məktəb illərində tədbirlərdən birində Hazalın anası tərəfindən çəkildiyini və toydan bir neçə həftə əvvəl üzə çıxardığını söyləyib.

mənbə: axşam.az