Öskürərkən fit səsi eşitdilər, həqiqət xəstəxanada ortaya çıxdı – Video
Hindistanda bir uşağın öskürərkən boğazından fit səsi çıxmasından sonra çəkilən rentgen maraqlı bir nəticə çıxarıb. Xəstəxanaya aparılan uşağın rentgen nəticələrini araşdıran həkimlər təəccüblərini gizlədə bilməyiblər. Dərhal əməliyyat edilən uşağın bronxundan bir fit çıxıb
4 yaşlı uşaq öskürərkən boğazından fit səsi gəlib və vəziyyətdən şübhələnən ailə həkimə müraciət etdikdə böyük şok yaşayıb. Rentgen çəkildikdən sonra həkimlər azyaşlının sol ciyərində bir şişlik olduğunu görüblər.
Fit uşağın bronxundan çətin bir əməliyyatla çıxarılıb. Həkimlər bu yaşlarda uşaqların səhvən təhlükəli əşyalar udmaması üçün valideynlərə xəbərdarlıq edərək çox diqqətli olmalarını tövsiyə ediblər.
Qeyd edək ki. əməliyyatdan sonra uşağın sağlamlıq vəziyyətinin yaxşılaşdığı və ciyərlərindəki şişin aradan qalxdığı bildirilib.
moderator