Paylaşdığı FOTO həyatını xilas etdi

Paylaşdığı FOTO həyatını xilas etdi

27 yaşlı realiti-şou ulduzunun əsl xəstəliyi paylaşdığı fotodan sonra müəyyən edilib.

Realiti-şou ulduzu Zoi Hendrix noyabr ayında ilk uşağını dünyaya gətirdikdən sonra sosial şəbəkə hesabında bir fotosunu paylaşaraq qrip olduğunu qeyd edib. Ancaq diqqətcil təqibçiləri simptomlarını analiz etdikdən sonra başqa bir xəstəliyinin olduğu haqda realiti-şou ulduzuna xəbərdarlıq ediblər.

Sosial şəbəkədə 73 min təqibçisi olan Zoi paylaşdığı fotosunun altına: "39 dərəcə qızdırmam var, boğazım və bütün bədənim ağrıyır", - yazdıqdan sonra şərhlər bir-birinin ardınca gəlməyə başlayıb. Bir çox pərəstişkarı məşhura simptomların döş iltihabına işarə etdiyini söyləyib.

Təqibçilərinin xəbərdarlığını görən Zoi dərhal həkimə gedib və həqiqətən döş xərçəngi olduğunu öyrənib. Gənc qadın təqibçilərinə diqqətləri və tövsiyələri üçün təşəkkür etməyi də unutmayıb.(milli)