Ən gəlirli elektromobilin adı açıqlandı

Ən gəlirli elektromobilin adı açıqlandı

Avtomobil istehsalında konsaltinqlə məşğul olan "Munro & Associates" şirkətinin prezidenti Sendi Manro (Sandy Munro) ən gəlirli avtomobilin adını açıqlayıb.

Teach.az lent.az-a istinadən xəbər verir ki, bu, "Tesla Model 3"-dür. Elektrik mühərrikə malik sedanın istehsalı istehsalçıya 30 faizdən çox xalis mənfəət gətirir.

"Munro & Associates"in rəhbərinin sözlərinə görə, heç bir digər elektromobilin istehsalı belə rentabelli deyil.

Bundan öncə "Model 3" elektromobilini müzakirə edərkən Manro onun zahiri və daxili quruluşunu tənqid edib. Ancaq onun yollardakı davranışını tərifləyib.