Hərəkət məhdudiyyəti olanlar üçün super-geyim
Dünya əhalisi get-gedə yaşlanır. Bu səbəbdən, hərəkət etmə problemi olan insan sayı da gedərək artır. Bəs bu problemə qarşı bizə köməkçi ola biləcək bir geyim yaradıla bilərmi?
Teach.az deyerler.org-a istinadən bildirir ki, gündə neçə addım atdığımızı ölçməkdən tutmuş, bank hesabımızdakı pula nəzarət etməyə qədər bir çox işimizi artıq ağıllı telefonlar və bəzi geyilə bilən texnologiya məhsulları ilə həll edə bilirik. Lakin bədənə geyilə bilən elektron məhsullar bu cür asanlıqların yanında, başqa ictimai problemlərin həllinə də köməkçi ola bilər.
Seismic adlı şirkətin yaratdığı rahat və yüngül super-geyim bunu istifadə edən insanın əzələlərinə güc qatır.
Bu geyimin kiçik mühərrikləri ilə işləyən elektrikli əzələlər insan əzələlərini təqlid edəcək şəkildə sıxılıb boşalır. Bunlar oynaq yerlərindəki geyimlərə birləşdirilir. Birləşmədə istifadə edilən əlaqələr tendon funksiyası daşıyır.
Bu geyim bundan əlavə, bədənin hərəkətlərini izləyən sensorlar və kompyuter əlaqəsi də ehtiva edir. Kompyuter proqramı, geyimdəki elektron əzələlərə hərəkətə keçmək təlimatı verir. Mühərrik, batareya, idarə paneli kimi fiziki parçalar isə altıbucaqlı kapsulalar ilə rahatlığı pozmayacaq şəkildə bədənin o biri qisimlərinə yerləşdirilir.
Bu ilk elektron geyimin, 2018-ci ilin sonlarında ABŞ, İngiltərə və Yaponiyada bazarda olması gözlənilir.