Dünyada milyonlarla router təhlükə qarşısındadır

Dünyada milyonlarla router təhlükə qarşısındadır

"Trustwave" şirkətinin təhlükəsizlik mütəxəssisləri "MikroTik" şirkətinin marşrutlayıcılarına qarşı həyata keçirilmiş genişmiqyaslı haker hücumunu aşkar ediblər. Onlar tədqiqatın nəticələrini öz saytlarında dərc ediblər.

Teach.az Milli.Az-a istinadən bildirir ki, hakerlər routerləri brauzerdə kompüter sahibindən gizlicə kriptovalyuta əldə etməyə imkan verən "Coinhive" skriptinin surəti ilə yoluxdurublar. İlk öncə haker hücumunun hədəfi Braziliya sakinləri olub: hakerlər ilk mərhələdə ölkədəki təxminən 7200 "MikroTik" marşrutlayıcısına müdaxilə ediblər. Hazırda 200 mindən çox qurğu haker hücumuna məruz qalıb.

Mütəxəssislər hesab edirlər, hakerlər "Winbox" komponentindəki "0 günü" boşluğundan istifadə ediblər. "MikroTik" şirkəti artıq növbəti günü bu problemi aradan qaldırıblar, ancaq bir çox istifadəçilər indiyədək lazımi təhlükəsizlik paketini quraşdırmayıblar.