Sürəti zəifləyən iPhone-lər üçün sevindirici xəbər verdi

Sürəti zəifləyən iPhone-lər üçün sevindirici xəbər verdi

Sürəti zəifləyən iPhone-lar haqqında Apple CEO-su Tim Cook-dan iPhone istifadəçilərini sevindirəcək bir açıqlama gəlib.

Teach.az xəbər verir ki, Tim Cook etdiyi açıqlamada sürəti zəifləyən iPhone-lar üçün bir İOS yenilənməsi təqdim olunacağını bildirib. Ortaya çıxan Apple-ın iPhone cihazlarını zəiflətdiyi iddiası şirkət tərəfindən doğrulanmış və Apple iPhone modellərini bilərək sürətini zəiflətdiyini etiraf edib. Bu səbəbdən yüz minlərlə iPhone istifadəçisi Apple-ı məhkəməyə verib.

Yaşanan bu qalmaqaldan sonra Apple CEO-su Tim Cook etdiyi açıqlamada sürəti zəifləyən iPhone cihazlar üçün bir İOS yenilənməsinin gətiriləcəyini və bu yenilənmənin iPhone batareya vəziyyətini də göstərəcəyini bildirib. Tim Cook-un bəhs etdiyi bu yenilənmənin nə vaxt təqdim olunacağı hələ bilinmir. Ancaq təxminlərə görə adı İOS 11.3 olacaq olan yenilənmə fevral ayından test ediləcək. Bütün istifadəçilərə Mart ayında təqdim olunması gözlənilir.

Fira