Kişi qılığına girib istədiyini edən QADIN: qardaşı ilə... - FOTOLAR
Amerikanın kəşfindən sonra 1492-ci ildə yüzlərlə, minlərlə ispan əsgərləri, yeni torpaqların misilsiz sərvətləri barədə əfsanələrə, nağıllara uyaraq tanınmayan əraziləri fəth etmək üçün yola düşürdülər. Belə döyüşçü-avantüristləri istilaçı, fateh mənasını verən Konkistador adlandırırdılar.
Tarixi vərəqləyərkən Konkistadorlar arasında zərif bir qadınla qarşılaşmaq gözlənilməz olur. Onun adı Katalina de Eraso idi. Onun yeganə qadın istilaçı olması tarixi bir faktdır.
Qızıl toplamaq xəyalları
Katalina de Erаso 1592-ci ildə ispan şəhəri San-Sebastyanda kübar baskoniya ailəsində anadan olub. Onun atası və qardaşları hərbi xidmət keçirdilər. 4 yaşından Katalina Müqəddəs Sebastyan monastırında tərbiyə almağa başlayır. 15 yaşı ərəfəsində, hansısa günahına görə rahibələr tərəfindən vəhşicəsinə döyülür. Bunu özünə həqarət hesab edən cəsur qız qəribə hərəkətə qol çəkir – tapılmasın deyə kişi paltarı geyinərək monastırdan birdəfəlik qaçır. Bir neçə ay sərsərilik həyatı yaşayan Katalina nəhayət, Bilbaoda, Amerikaya yola düşməyə hazırlaşan gəmiyə oturur.
O, ərəfələrdə İspaniyada artıq 100 il idi ki, Yeni Dünyanın saysız-hesabsız sərvətləri, əsl “qızıl okeanı” olması barədə şayiələr tüğyan edirdi. Konkistadorlar dalğası bir-birinin ardınca Amerika sahillərinə yön alırdılar. Onların bir qismi hinduların silahlarına tuş gəlir, bəziləri avara, sərgərdan qalır, bir qismi xəstəlikdən həlak olurdu. Amma ayrı-ayrı istilaçılar da olurdu ki, xoşbəxtlik üzlərinə gülürdü - onlar inanılmaz dərəcədə zənginləşirdilər.
Belə bəxtəvərlərin sayı az idi, amma bu kifayət idi ki, sakinlərin çoxunun acgözlük, tamah hissini oyatsın. Hər bir ispaniyalı bəsit düşünürdü: “Əgər onun bəxti gətiribsə, o zaman şans mənim də üzümə gülə bilər”.
“Eldorado” haqqında əfsanə
Yeni qitənin sərvətləri haqda ağızdolusu söhbətlərə uyan gənc Katalina da varlanmaq istəyirdi. “Qızıl yer” – Eldorado haqda dolaşan şayiə isə onu qəti qərar verməyə sövq etdi: o, tarixdə ilk qadın-konkistador olmaq istədi…
Eldorado haqda mif necə yaranmışdı? Əfsanəyə görə, haradasa XVI əsrin 30-cu illərində Orinoko sahillərində gəmi ekipajı tənha qayıq görür. Dərhal qəribə tapıntı olan qayığa tərəf yön alan gəmi, ona yaxınlaşır. Matroslar çirkli üst-başı olan, yorğun adam tapırlar. O, huşsuz vəziyyətdə idi.
Yad adam ispaniyalı idi. Ayıldıqda gəmidəkilərə, özü barədə məlumat verməkdən imtina edir – o, kimdir və ona nə olub? Gəmi Puerto-Rikoya gəlir, elə oradaca yad adamı ölüm haqlayır. Ancaq bütün başına gələnləri yerli bir keşişə etiraf etmişdi. Beləliklə, bilindi ki, onun adı Martines olub. O, Dieqo Ordas adlı konkistadorun dəstəsindən olan zabit idi...
Bu dəstə xəzinə axtarışına çıxan 600 konkistadorlardan ibarət idi. Bundan bir müddət əvvəl yola düşən, lakin haradasa Amazon cəngəlliklərində izsiz yoxa çıxmışlar. Martines yeganə sağ qalan adam olur. Rəvayətin davamında danışılır ki, onlar yerli əhalinin əlinə keçiblər. Müqavimət göstərə bilməyən dəstədən hindular bir neçə nəfəri sağ-salamat saxlayırlar və gözlərini bağlayaraq harasa aparırlar. Şəhər vadisinə çatdıqları zaman gözlərini açırlar.
Sarğının açıldığı zaman Martines gözlərinə inanmır: sanki gözəl yuxu görür. Onun ayaqlarının altında qızıldan bir şəhər varmış, saraylar, evlərin dam örtüyü, hətta körpülər belə, təmiz qızıldan idi.
Martines hesab edir ki, əsl “qızıl ölkəyə” düşüb – Eldorado. İspanca El Dorado – “qızıldan olan” anlamını verir. Bu söz ilk dəfə məhz Dieqo Ordasın dəstəsindən olan Martinesin dodaqlarından süzülür, o vaxtdan Eldorado ölkəsini tapmağı xəyal edən minlərcə ispan daim Yeni Dünyaya can atır.
Matros köməkçisi Alonso
Katalina de Eraso da öz şansını sınamağa qərar verir və əfsanəvi şəhəri tapmaq istəyir. Başlanğıc üçün o, Panamaya hərəkət edən gəmiyə matros köməkçisi kimi işə girir. Yüzlərlə başqa avara-sərgərdan gəmiyə doluşur və Atlantik Okeanı üzərindən Yeni Dünyaya yola düşür.
Onun yol yoldaşları əlbəttə ki, heyrət ediləsi adamlar deyildi... Konkiskadorlar arasında macəra axtaran, igid əsgərlərlə yanaşı zəngin olmaq arzusunda olan yüzlərlə avara da Amerikaya can atırdı: öz ölkəsinin quldurları, oğrular, dövlət tərəfindən axtarılan cinayətkarlar, borcdan canlarını qurtarmaq istəyənlər, deyingən arvadların əlindən qaçanlar və s. Bu cür adamlar istənilən əclaflığa, hər cür cinayətə hazır idi.
Əlbəttə, əgər bu insanlar bilsəydilər ki, onlarla yan-yana üzən matros köməkçisi Alonso qadındır, o zaman çətin ki, o, zorakılıqdan canını qurtara bilərdi. Ancaq sadə ispan kişisini əks etdirən paltarları və məharətlə özünü gənc oglan kimi aparması heç bir şübhə yaratmırdı.
Kral mükafatlandırdı, Papa bağışladı
Panamada dükanda bir müddət işləyən Katalina-Alonso inadkar, davakar şəxsiyyət idi və duelləri sevirdi. Yazılır ki, duellərdə o, xeyli adam öldürüb. Həm də qohumlarını qətlə yetirmiş insanların qisasından çəkinərək Katalina Limaya üz tutur – arzuya doğru - əfsanəvi ölkəyə bir qədər də yaxınlaşmaq qərarına gəlir.
Katalina Limadan Konsepsyon şəhərinə keçir və Alonso Dias Ramires de Qusman adı ilə yeni konkistadorlar dəstəsinə qoşulur. Ancaq tezliklə məlum oldu ki, Konsepsyon ətrafı ərazilər yüz kilometrdən artıq diametrdə artıq müayinə olunub. Və heç bir “qızıl ölkə” orda olmayıb və yoxdur. Vəziyyət bir az da çətinləşir, yaşamaq üçün Katalinaya yenə “profilini” dəyişmək lazım idi - o, sərbəst konkistador olmaqdan çıxaraq, ispan müstəmləkə qoşunlarına əsgər olaraq qoşulur. Əsgərlik xidməti yağ-bal deyildi, lakin əvəzində başı üzərində qalmağa yer, quru paltar və sabit çörək verilirdi.
Daha bir maraqlı fakt budur ki, Arakuan müharibəsi zamanı (ispaniya əsgərləri və çili yerliləri arasında) Katalina Eraso bir neçə kapitanın başçılığı altında vuruşmuşdu. O, kapitanlardan biri də, onun doğma qardaşı idi! Qardaşı təbii ki, bunu heç vaxt bilmədi. Katalina qəsdən onun gözlərinə görünməməyə çalışırdı: qəfil görüş onun ifşası idi, və əlbəttə ki, hərbi karyerasının sonu olardı. Ona isə kişilərlə bərabər döyüşmək çox xoşuna gəlirdi.
Katalina soyuq və odlu silahdan çox gözəl istifadə edə bilirdi, döyüşlərdə igidlik göstərirdi. Bir dəfə hətta hinduların əlinə keçən bayrağı qaytarmağa müvəffəq olmuşdu. Başqa sözlə, ordunu rüsvayçılıqdan xilas etmişdi.
Bu şücaətinə görə Katalina leytenant olur. Döyüşlərin birində qılınc zərbəsi ilə düşmənini öldürür, amma özü də ağır yaralanır. Ciddi xəsarət onu Yepiskop Aqustin de Karvaxalın yanına aparır. Nəhayət, keşişə hər şeyi etiraf etmək qərarına gələn Katalina onun bağışlanmasından sonra öz hərbi karyerasını bitirir və monastırda məskunlaşır.
O, 1624-ci ildə İspaniyaya köçür, orada onu milli qəhrəman kimi qarşılayırlar. Bütün Kadis əhli “rahibə-leytenant”ı qeyri-adi qarşılamaq üçün toplaşır. İspaniya kralı IV Filipp Madriddə onu qəbul edir və sanballı pensiya təyin edir. Sonradan Romada Katalina papa VIII Urban ilə görüşür, etdiyi bütün günahlara görə ondan bağışlanma istəyir. Papa bütün günahlarını bağışlayır və ölənə kimi kişi paltarı geyinməyə icazə verir.
Əfsanəvi qadın-istilaçı bundan sonra 25 il ömür sürdü. Amma daha əlinə heç vaxt silah almadı. Ömrünün sonunda o, Amerikaya – gəncliyinin gərgin keçdiyi yerlərə qayıdır və 1650-ci vəfat edir.
mənbə: publika.az