İnsanların ölmədən əvvəl peşman olduğu 5 hal

İnsanların ölmədən əvvəl peşman olduğu 5 hal

Avstraliyada uzun illər ölümcül xəstələrə baxan tibb bacısı Bronni Vare, təqaüdə çıxandan sonra təcrübələrindən yararlanaraq kitab yazır. Kitab həyatlarının son günlərini yaşayan insanların ən çox nəyə peşman olduqlarından bəhs edir.

Vare, "The Top Five Regrets of the Dying- A life Transformed by the Dearly Departing" adlı kitabında ölüm yatağında insanların ən çox peşmanlıq hiss etdiyi şeyin digər insanlarla münasibətində etdikləri səhlənkarlıq olduğuğunu vurğulayır.

İnsanlar ölümülü olduqları həqiqəti ilə üz-üzə gəldikdə çox əhəmiyyətli dəyişiklik yaşayır. Vare qeyd edir ki, xəstələr ölümlə üzləşəndə inkar, qorxu, hirs, peşmanlıq və sonunda olduqları vəziyyəti qəbul etmək kimi mərhələlərdən keçir. Xəstələrindən ən çox nədən peşman olduqlarını soruşan tibb bacısı, aldığı cavabları bu 5 başlıq altında çatdırır.

"Həyatının son anlarını yaşayan insanın bir çox arzularını reallaşdırmadığı həqiqətini görməsi asanlaşır. Mənim müşayiət etdiyim, ölmək üzrə olan xəstələrin çoxu xəyallarının yarsını belə reallaşdırmamışdı. Onlar həyata keçməyən arzularının günahkarı özləri olduqlarının fərqində olaraq, həyata vida etdi. Çünki hər biri müxtəlif səbəblərə görə, öz həyatlarını yaşamaq yerinə, başqalarının onlardan gözlədiyi həyatı yaşamışdı".

2. "Kaş ki, o qədər çox işləməsəydim"

"Ölümünə şahid olduğum bütün kişi xəstələrin peşman olduğu ortaq səbəb var idi. Hamsı övladlarının uşaqlıq dövrünü görmədiyi və həyat yoldaşlarına çox vaxt ayıra bilmədiyi üçün peşman olurdu. Düzdür, qadınlar da bu səbəbləri dilə gətirirdi, amma bu qadınlardan çox azı həyatı boyunca bütün zamanını işdə keçirib. Kişilər isə istisnasız, iş dünyasının içində o qədər çox vaxt keçirdikləri üçün peşman idi".

3. "Kaş ki, hisslərimi etiraf etmək cəsarətim olsaydı"

" Maraqlandığım bir çox insan, həyatı boyu birdən-birə "mühitin ahəngini pozmamaq" üçün hisslərini gizlədib. Bu səbəbdən də heç vaxt olmaq istədikləri insan ola bilməyiblər. Düşünürəm ki, bir çox xəstəliyə də həyata olan küskünlük və məmnuniyyətsizlik səbəbi ilə tutulublar."

4. "Kaş ki, dostlarımla daha çox görüşsəydim"

" Xəstələrimin böyük qismi, həyatlarının son həftəsində sahib olduqları dostlarının nə qədər dəyərli olduğuğunu anladılar. Amma həyatları boyu o qədər işə başları qarışmışdı ki, dostlarına zaman ayıra bilməmiş, çoxsunun da izini itirmişdilər. Təəssüf ki, onların çoxsu yaxın dostlarına "əlvida" deyə bilmədən həyatdan köçdü. Təcrübələrimə əsalanaraq bunu dəqiq deyə bilərəm: Ölmək üzrə olan hər insan, köhnə dostları üçün darıxır".

5. "Kaş ki, daha xoşbəxt olmağıma icazə versəydim"

"Bir çox insan son nəfəsində, əslində xoşbəxtliyin öz seçimi olduğunun fərqinə varır. Halbuki insanlar həyatları boyu xoşbəxtliyi kəşf etmək yerinə, köhnə adətlərə qəkiblərə uyğunlaşıb yaşayırlar. Deyişmək qorxusu insanları özündən uzaqlaşdırır və onlar xoşbəxt olduqlarına həm özlərini, həm də ətarflarını inandırırlar. Baxmayaraq ki, ürəklərinin dərinliklərində bütün qəlbi ilə gülmək və həyatdan dad almaq üçün həsrət çəkirlər".(big)