Hamı onu şeytan adlandırır - 12 yaşlı uşağın lənətli olduğuna inanırlar + Foto

Hamı onu şeytan adlandırır - 12 yaşlı uşağın lənətli olduğuna inanırlar + Foto

Diaqnozu məlum olmayan xəstəliyi ucbatından anormal dərəcədə böyük əllərə sahib olan Hindistanlı Tarık lənətli olduğuna inanan kəndlilər tərəfindən 'Şeytan' ləqəbi ilə çağırılır.

Hindistanın Uttar Pradeş əyalətində yaşayan 12 yaşlı Tarık anadangəlmə və diaqnozu bəlli olmayan xəstəliyi səbəbindən anormal dərəcədə böyük əllərə sahibdir.

Bəzi həkimlər tərəfindən fil xəstəliyinə sahib olduğu düşünülən Tarıkın əllərinin uzunluğu 31 santimetrə qədər çatır.

Onun anormal ölçülərdəki əllərə sahib olmasını Allah tərəfindən lənətə gəlməsi ilə bağlayan kəndlilər onu 'Şeytan' deyə çağırırlar. Tarıkın əlləri digər şagirdləri qorxutduğu üçün məktəbə də qəbul edilmir.

Atasını itirdikdən sonra müalicə xərclərini qarşılaya bilmədikləri üçün üçün həkimə getməyən Tarık, yenə də bir gün yaxşılaşacağına olan inancını qoruyur.

Tarık "İnsanlar vəziyyətimin bir lənət nəticəsində meydana gəldiyinə inanırlar. Müalicə edilə biləcək tibbi bir xəstəlik olduğunu bilmirlər"Ifadələrini işlədib.

Yemək yemək, geyinmək kimi gündəlik ehtiyaclarını həyata keçirmək istəyəndə belə köməyə ehtiyac duyan Tarık, digər uşaqlar kimi normal əllərə sahib olmaq və məktəbə getmək istəyir.(AzNews)