Ərinə qarşı allergiyası var - Nadir xəstəlikdən əziyyət çəkən qadın - FOTO
ABŞ-ın Minnesota ştatında yaşayan Coanna Vatkins adlı qadın qeyri-adi və nadir xəstəlikdən əziyyət çəkir.
Onun həyat yoldaşı Skota qarşı allergiyası var.
Məlumata görə, 29 yaşlı qadının allergiyası o qədər şiddətlənib ki, əri ilə eyni otaqda qalması ölümcül reaskiayalara səbəb olur. Bu səbəbdən Skott həyat yoldaşını onu nə öpə, nə də əlinə toxuna bilir.
100-dən çox şeyə allergik reaksiya verən qadın dəfələrlə xəstəxanalarda müalicə olunsa da, effektini görməyib. Nadir rast gəlinən immun sistemi xəstəliyindən əziyyət çəkən qadının demək olar ki, hər şeyə qarşı allergiyası var. Otaqda tək başına qalır, sadəcə xəstəxanaya getmək üçün çıxa bilir. Qadının sözlərinə görə, qaldığı binadan uzaqlıqda soğan doğransa belə, bu, onda allergik reaksiyaya səbəb olur.
"Əvvəl belə deyildim. Həyat yoldaşımla üz-üzə gəldiyim zaman bəzən öskürək tuturdu. Ancaq vəziyyətin ciddiliyindən xəbərsiz idim", - deyə Vatkins bildirib.
Vatkins cütlüyü qadının həyatını riskə atmamaq üçün ayrı yaşamaq qərarı veriblər. Buna baxmayaraq sadiq ər Skot evə gələrək hər gün xanımının yeməyini özü hazırlayır.(medicina)