Torpaqdan çıxarılan ölü gülümsədi — 2 ay ərzində bədəni çürüməyib + Taylandda ŞOK
Taylandda buddistlərin dini bayramında qəribə hadisə baş verib.
Bu barədə xarici mətbuatda və sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, ötən ilin noyabrın 16-da dünyasını dəyişən 92 yaşlı baş buddist For Bian dəfn edildiyi torpaqdan çıxardılıb. Onun nəşinə yeni dini paltar geyindirilib.
Lakin baş budddisti görənlər şoka düşüb. Belə ki, onun üzündə gülümsəmə sezilib, bədənində isə çürümə işarələri olmayıb. Basdırılmasından 2 ay keçməsinə baxmayaraq, onun bədəninin çürüməməsi və üzündəki gülüş mimikası dini ayində iştirak edənləri təəccübləndirib. Çoxu onun görkəmindən vahiməyə düşüb. Bəziləri isə bunu xüsusi əlamət adlandırıblar. Hətta ölü buddistin şərəfinə qurban deyənlər də olub.
Bildirilib ki, 92 yaşlı buddistin bədəni bir müddət “qonaq” saxlanılacaq. Onun ölümünün 100-cü günü cəsəd torpağa tapşırılacaq.(ölkə)