32 kiloya düşən anoreksiya xəstəsi qadın "İnstagram" sayəsində sağaldı - FOTOLAR
Qadını "İnstagram" yenidən həyata bağlayıb.
İngiltərənin Huddersfield şəhərində yaşayan Emmelle Luis adlı qadın 15 yaşı olarkən anoreksiya olub. Luis ölümdən "İnstagram" sayəsində qayıtdığını deyir.
22 yaşlı qadın illərlə kök, çirkin qız olduğuna və kilo verməyin özünə kömək olacağına inanıb. Saxladığı pəhrizlər nəticəsində 7 dəfə xəstəxanaya çatdırılan Emmellenin çəkisi 32 kiloya qədər düşüb.
O, yoldaşları tərəfindən kök sayılmasının və həyatında sevgilisi olmamasının səbəbini artıq kilolarında görüb. Buna görə də yemək yeməyib və davamlı olaraq idmanla məşğul olub.
"İnstagram"dakı hekayələri izləməyə başlayanda digər insanlardan ilham alaraq idmana və düzgün qidalanmağa başlayıb. Gənc qadın indi 54 kilodur. Artıq çox xoşbəxt olduğunu deyir.(GoldNews.Az)