Sərxoş halda dron idarə edənlər cərimələnəcək

Sərxoş halda dron idarə edənlər cərimələnəcək

ABŞ-ın Nyu-Cersi ştatında içkili halda pilotsuz uçan aparatların idarə edilməsinə qadağa qoyulub.

Teach.az-ın “Reuters” agentliyinə istinadən məlumatına görə, bu barədə agentlik ştatın qubernatoru Kris Kristinin qərarına əsasən xəbər verib.

Qanda 0,08 faiz alkoqol aşkar edildiyi halda, dronları idarə etmək mümkün olmayacaq. Belə bir norma avtomobillərin idarə edilməsinə də tətbiq edilib. Qanuna görə, həbsxana yaxınlığında da dronlardan iistifadə etmək mümkün olmayacaq.

Qeyd edilir ki, qanunu pozanların altı ay müddətinə azadlıq məhrum edilməsi və ya 1000 dollar cərimə olunması nəzərdə tutulur.