"Mona Lisa" rəsmindəki qadının üzündəki bu detalı BİLMİRDİNİZ - Tarixi faktlar
1) Əsl adı Also olan qırmızı papaq, nağılın orijinalında papaqlı yox, kapeşonlu idi və nağılın sonunda o ölürdü. XVII əsrdə Şarl Perro tərəfindən yenidən işlənərək məzmununu dəyişdirilir. Uşaq Psixologiyasını yaxşı bilən Şarl nağılı xoş sonluqla bitirir. Onun yazdığı kitab 1697-ci ildə Parisdə nəşr olunur.
2) Masa süfrəsi ilkin dövrlərdə yeməkdən sonra əl və ağızı silmək üçün idi. Masa süfrəsinin tarixi orta əsrlərə gedib çıxır. O zamanlar, tez-tez bir kəndən başqa kəndə köçənlər yeməklərini süfrəyə büküb daşıyırdılar. Yemək zamanı isə onu sərib üstündə yeyirdilər. Yemək bitdikdən sonra isə əl və ağızlarını süfrəyə silirdilər.
3) Kleopatra əslən misirli yox, yunan (makedoniyalı) olub. Belə ki, o Makedoniyalı İsgəndərin ordusunda general olan və o öldükdən sonra Misiri Firon olaraq idarə edən Ptolemeyin nəslindən gəlir. Kleopatra birinci dəfə qardaşı Ptolemey XIII, öldükdən sonra isə ikinci qardaşı Ptolemey XIV ilə evlənib. Kleopatra Misirin son Fironu olub.
4) Çoxlarının qərb mədəniyyətindən gəldiyi güman etdiyi çəngəl əslində ilk dəfə VII əsrdə Orta Şərqin müsəlman ölkələrində saraylarda yemək üçün istifadə edilib. Bir əsr sonra isə bu adət Bizans İmperiyasında zənginlər tərəfindən mənimsənildi.
5) VolksWagen -Touareg avtomobil modelinin adı Şimali və Qərbi Afrikada yaşayan Touareg xalqının adından götürülüb. Bu xalqın maraqlı xüsusiyyəti odur ki, qadınlar yox, məhz kişilər yetkinlik yaşlarına çatdıqdan sonra gözləyər və burun istisna olmaqla bütün üzlərini örtən xüsusi geyimdən istifadə edirlər.
6) "Mona Lisa" rəsmində qadının sifətində qaş və kirpikləri də daxil olmaqla heç bir tük yoxdur. Bəzi tədqiqatçılara görə, Da Vinçi həmin dövrün dəbinə görə Mona Lisanı qaşsız və kirpiksiz çəkib. Lakin 2007-ci ildə fransız mühəndis Pascal Cotte bəyan etdi ki, "ultra high resolution scan" zamanı Mona Lisanın əslində qaş və kipriklərlə təsvir olunduğu müəyyən olmuşdur. Çox güman ki, onlar zamanla bərpaetmə və təmizləmə proseslərində itmişdir.
7) Qalstukun tarixi Avropada ən dağıdıcı müharibə olan 30 illik müharibəyə (1618-1648) gedib çıxır. Həmin vaxt Fransızların cəbhəsində döyüşən Xorvat muzdlularının boğazlarına geyindikələri aksesuar Parislilərin marağını oyatdı. Xorvat sözü olan "Croats" və Fransız sözü "Croates" arasında çox cuzi fərqin olması nəticəsində bu aksesuar "Cravat" adını aldı. Beləliklə, bir sıra dillərdə "kravat" kimi tələffüz olunan bu ad Xorvatların adından götürülb.
8) Adolf (Adi) və Rudolf Dassler qardaşları idman ayaqqabıları dizayn etməyə çox həvəsli idilər və bu işə 1920-cil illərdə balaca dükanda başladılar. Lakin qardaşlar hec cürə yola getmirdilər və sonda 40-cı illərdə onlar bizneslərini ayırmaq qərarına gəldilər. Rudolf özünə qarşı tərəfdən qardaşına rəqib mağaza açdı. Adolf öz mağazasını öz ləqəbi də soyadına uyğun "Adidas" adlandırdı, Rudolf isə "Puma".
9) Bildiyimiz kimi, kişi geyimləri soldan sağa, qadın geyimləri isə həmişə əksinə bağlanır. Bunu səbəbi isə qədim dövrlərə gedir. Əvvəllər varlı xanımları onların qulluqçuları geyindirirdilər. Sağ əl ilə işləyən qulluqçular üçün isə sol tərəfdə yerləşən düymələri bağlamaq daha rahat idi. Kişilər isə çox vaxt özləri geyindikləri üçün onlara sağ tərəfdə yerləşən düymələri bağlamaq daha asan gəlirdi.
Bunun nəticəsidir ki, indi də düymələrin bu cür yerləşdirilməsi adət halını alıb/(big)