Pəhriz ucbatından ölümlə üz-üzə gələn qızın SON FOTOLARI

Pəhriz ucbatından ölümlə üz-üzə gələn qızın SON FOTOLARI

22 yaşlı ingilis qız Emeli Lyuis sevgilisi olmadığı üçün özünü kök və eybəcər saymağa başladığı üçün anoreksiya xəstəliyinə düçar olmuşdu.

Arıqlıqdan ölümlə üz-üzə qalan qız yenidən həyata dönüb. Emeli modellərə bənzəmək üçün həddən artıq arıqlamışdı və bu isə onu anoreksiya xəstəliyinə mübtəla etmişdi.

Məktəbdə dostları ona həmişə lağ ediblər. Emeli deyir ki, fotolarını sosial şəbəkəyə yerləşdirirən qızların ondan arıq və gözəl olduğunu düşünürmüş. Özünü çox kök sayan qız ciddi pəhrizə başlayır və ölümlə burun-buruna gəlir.

Bu səbəbdən qız bir müddət xəstəxanada müalicə alır. Xəstəxanadan çıxdıqdan sonra isə tamam fərqli həyat tərzi seçir.
Emeli başına gələnləri belə xatırlayır: “Gündə 10 saat idmanla məşğul olurdum, yediyimi həmən qusurdum. Ətrafda hamı mənə qorxa-qorxa baxırdı. Amma mən özümü normal görürdüm. Bir gün səhər itimi gəzməyə apardım və titrəyə-titrəyə geri qayıtdım. Həddən artıq arıq olduğum üçün isinə bilmirdim. Özümü pis hiss etdim. Xəstəxanaya apardlar, uzun müddət müalicə aldım”.

Xəstəxanada aylarla müalicə olunan qız yeni həyat qurmağa söz verib. Xəstəxanadan çıxdıqdan sonra isə müntəzəm olaraq həkimlərə baş çəkib. İdmanla məşğul olub və sağlamlığına qovuşub.

mənbə: olke.az