"Amazon" yüksəlişdə: 53 milyard dollar rüblük gəlir!
ABŞ-ın nəhəng online ticarət platforması "Amazon.com" 2018-ci ilin ikinci rübünə aid maliyyə hesabatını açıqlayıb.
Teach.az lent.az-a istinadən xəbər verir ki, rüb ərzində satışlardan 52,9 milyard dollar gəlir əldə olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39% çoxdur. Lakin məzənnə fərqi ilə əlaqədar artım realda 37% olub.
Əməliyyat gəliri 3 milyard dollar təşkil edib. Bir il əvvəl bu göstərici 628 milyon dollar idi.
İkinci rübdə xalis mənfəət isə 197 milyon dollar artaraq 2,5 milyard dollar təşkil edib.
"Amazon"un sərəncamında hazırda 20,5 milyard dollar nəğd vəsait və onların ekvivalenti var. Cari rübdə online ticarət platforması 54-57,5 milyard dollar gəlir gözləyir.