“Uber” 10 milyardıncı daşımanı həyata keçirdi

“Uber” 10 milyardıncı daşımanı həyata keçirdi

"Uber" beynəlxalq taksi xidməti bütün dünya üzrə 10 milyard daşıma həyata keçirib.

Teach.az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat yerləşdirilib.

"Uber" daşımalarının sayını 2010-cu ildən hesablayır. 5 milyard sifarişi xidmət 2017-ci ilin iyul ayının sonunda həyata keçirib. Belə çıxır ki, son bir il ərzində onlar daha əvvəlki 6 il yarım müddətində daşıdıqları qədər daşıma həyata keçiriblər.

Xidmət fəal olaraq daşımalarının statistikasını və qazanclarını dərc edir. Misal üçün, son bir il ərzində "Uber" sürücüləri 600 milyon dollar "çay pulu" qazanıblar. Şirkət daha böyük populyarlığa isə ABŞ-da malikdir.