Göbələk yığmağa gedən kəndlilər 3 vedrə pul tapdılar FOTO
Türkiyənin Sakarya əyalətində maraqlı hadisə baş verib.
Sakaryanın Xəndək kəndinin sakinləri meşəyə göbələk yığmağa gediblər. Ancaq onlar gözlənilməz sürprizlə qarşılaşıblar.
Belə ki, kəndlilər göbələk yığarkən yerə tökülmüş 1 lirəlik qəpiklərlə rastlaşıblar. Qəpikləri vedrələrə dolduran kəndlilər əmanəti polisə təhvil veriblər.
Kim və ya kimlər tərəfindən atıldığı bilinməyən pulların saxta olub-olmadığı yoxlanılır.(publika)