Məzardan tapılan məktub dəhşətə gətirdi - FOTO
Qahirənin şərqindəki Minya şəhəri yaxınlığında kəşf edilən məzarlığın miladdan öncə 300-cü illərə aid olduğu təxmin edilir.
Məzarlıqdan "o dünya"dan mesaj gətirən bir boyunbağı tapılıb. Hələ yeni başlanılan qazıntı işlərinin təxminən 5 il çəkəcəyi deyilir.
Qədim Əsərlər Naziri Xalid əl-Enany məzarlıqlardan 40 heykəl, zinyət əşyaları, qızıl maska və çömçə tapıldığını deyib.
Nazir qazıntı işləri zamanı yeni ildən öncə üzərində heroqliflə "xoşbəxt illər" yazılmış bir boyunbağı tapıldığını sözlərinə əlavə edib:
"Bu, bizə o biri dünyadan göndərilmiş bir mesaj kimi idi".
Arxeloji qazıntılar aparan qrupun rəhbəri Veziri məzarların bir çoxunun Qədim Misirdə müdriklik tanrısı Thothun kahinlərinə aid olduğunu deyib.
Qapaq hissəyə tanrı Horusun oğullarının simalarının çəkildiyi 4 ədəd küp də tapılıb.
mənbə: milli.az