Zukerberqin qara günü: 17 milyard dollar itirdi...
“Facebook”un rüblük maliyyə hesabatı və bunun nəticəsində şirkət səhmlərinin ucuzlaşması sosial şəbəkənin yaradıcısı və rəhbəri Mark Zukerberqin mövqelərini sarsıdıb.
Teach.az-ın İKT.lent.az-a istinadən verdiyi xəbərə görə, M. Zukerberq təxminən 16,8 milyard dollar itirib. Əgər səhmlərin ucuzlaşması bugünkü ticarət sessiyasında da davam edərsə, iş adamı planetin ən zəngin insanlarının siyahısında 3-cü yerdən 6-cı sıraya enə bilər.
“Facebook”un maliyyə direktoru Devid Veyner bildirib ki, şirkət gəlirlərinin ümumi artım tempi 2018-ci ilin ikinci yarısında yavaşlamağa davam edəcək: “Biz gözləyirik ki, üçüncü və dördüncü rüblərdə gəlirlərin artımı əvvəlki dövrlə müqayisədə aşağı olacaq”.
Qeyd edək ki, M. Zukerberq “Bloomberg”in versiyasına əsasən dünyanın ən zəngin adamlarının siyahısında 3-cü yerə iyul ayının əvvəlində yüksəlib. Ayın əvvəlində onun sərvətinin miqdarı 81,6 milyard dollar, 25 iyula qədər isə 86,6 milyard dollar həcmində qiymətləndirilib.