Üzünə sement vurulan qadın dəhşətə gətirdi - FOTO

Üzünə sement vurulan qadın dəhşətə gətirdi - FOTO

Merlin Monroya bənzəmək üçün sərvət xərcləyən qadın saxta həkimin müdaxiləsi ilə dəhşətli vəziyyətə düşüb.

Race Narinesingh adlı qadın estetik əməliyyatlarına daha az pul xərcləmək üçün saxta həkimin yanına baş çəkib. Tibbi təhsili olmayan “həkim” Narinesinghin yanaqlarına, dodaqlarına və çənəsinə sement tərkibli maddələr vurub.

Hadisədən sonra dolğular bərkiməyə başlayıb və dəhşətli ağrılar verib.

Qeyd edək ki, Race əməliyyatın fəsadlarını aradan qaldırmaq üçün dəfələrlə cərrahiyyə masasına uzanıb.(yenicag)