Cobsun yenilikçi ruhu hələ də şirkətdədir - “Apple-ın sabiq reklamçısı
12 ildən çox "Apple"ın kampaniyalarında çalışan reklamçı Ken Segall, dünən Koreyada "Sadəliyin Gücü" haqqında konfrans təşkil edib.
Teach.az bildirir ki, Koreyanın Sənaye və Ticarət Palatasının ev sahibliyi ilə təşkil edilən konfransda Ken Segall "Apple"in sənayeni dəyişdirən məhsulları kimi mövzulara dair açıqlamalar edib. Mövzular arasında bir vaxtlar çalışdığı TBWA/Chiat/Day agentliyində hazırladığı "Think Different" kampaniyası da yer alıb.
Segall çıxışında "Apple"ın qurucusu Stiv Cobsla (Steve Jobs -ing.) olan münasibətlərindən də bəhs edib: "Stiv bənzəri olmayan biridir və yeri doldurula bilməz. Beləliklə, "Apple"ın eyni "Apple" olması mümkün deyil", - deyib.
Məşhur reklamçı əlavə edib ki, "Amma Cobsun müdafiə etdiyi dəyərlər hələ də oradadır və mükəmməl insanlar şirkəti inkişafa aparır".
"Apple" yeni məhsul deyil, kateqoriyada dəyişiklik edərək uğurlu olur"
Segall qeyd edib ki, bir çoxları düşünür ki, "Apple"un uğuru bazara yeni məhsullar çıxartmasıdır: "Amma əslində bu belə deyil. "Apple"ın gətirdiyi innovasiyanın bir məhsulu bazara ilk dəfə çıxaran şirkət deyil, bu kateqoriyanda dəyişiklik edən kompaniya olmaq olub".
Konfransda "Apple-Samsung" rəqabəti haqqında da Segalla sual verilib. Segallın fikrincə hər iki şirkətin fərqli düşüncə tərzləri olsa da, ortaq nöqtələri də mövcuddur. Yeddi ildir davam edən patent anlaşmazlığına da toxunan Segall, "hər iki şirkətin də məhsullarını ortaya qoyan zaman bir-birlərindən bəzi şeyləri götürür",- deyib.
"Ağıllı" telefonlarda yenilik gözləmək məqbul deyil"
Konfrans çərçivəsində çıxışı zamanı Segall "ağıllı" telefonlardakı innovasiya haqqında da fikirlərini paylaşıb. Segallın fikrincə, bu sektorda innovasiya gözləmək məqbul deyil. Onun düşüncəsinə görə, eyni kompüteri bazarında olduğu kimi smartfonlarda da kiçik dəyişikliklərlə oxşar məhsullar satılır.
Segall, "Siri" və oxşar səsli rəqəmsal assistentlərin yenə də innovativ ola biləcəyi düşüncəsindədir.
"Smartfonlar artıq bazarın doymuş məhsuludur. Buna görə də, istifadəçilər innovativ nöqtəyi nəzərindən yenilik gözləməməlidirlər", - deyə reklamçı sözlərinə əlavə edib.
Teach.az (mənbə-facemark.az)